14 may 2026 14:48
90

Xankəndi şəhər stadionu bu tarixdə tam hazır olacaq

Xankəndi şəhər stadionu avqust və ya sentyabr aylarınadək tam hazır olacaq.

“İki sahil” xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, arenada III MDB Oyunlarına görə oxatma yarışları təşkil edildiyi üçün bərpa işlərində ləngimə olub.

F.Qayıbov stadion üçün bəzi avadanlıqlar ölkə xaricindən gətiriləcəyini vurğulayıb.