15 may 2026 09:08
140

XXXII tura bu gün start veriləcək

Misli Premyer Liqasında XXXII tura bu gün start veriləcək.

“İki sahil” xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq. Əvvəlcə "Karvan-Yevlax" "Qəbələ"ni qəbul edəcək. Yevlax şəhər stadionunda, saat 17:00-da başlayacaq matçı Əli Əliyev idarə edəcək. Yevlax təmsilçisi hazırda 14 xalla turnir cədvəlinin sonuncu - 12-ci pilləsində qərarlaşıb. 21 xala malik "Qəbələ" isə 11-cidir. Günün son matçında "Araz-Naxçıvan" "Kəpəz"lə üz-üzə gələcək. "SOCAR Polymer Arena"da, saat 19:30-da start götürəcək görüşü Rəşad Əhmədov idarə edəcək. "Araz-Naxçıvan" 40 xalla 7-ci yerdədir. 27 xala malik Gəncə klubu isə 10-cudur.

Qeyd edək ki, tura mayın 17-də yekun vurulacaq.