17 may 2026 15:47
117

Qvardiola "Mançester Siti"dən ayrılır

“Mançester Siti”də baş məşqçi Xosep Qvardiolanın mövsümün sonunda komandadan ayrılacağına əmindirlər.

“İki sahil” xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, ispaniyalı mütəxəssis 2027-ci ilin yayına qədər müqaviləsi olmasına baxmayaraq, bir neçə həftə əvvəl klubdan ayrılmaq qərarı verib. “Şəhərlilər” düşərgəsində rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.

Qeyd edək ki, Xosep Qvardiola 2016-cı ildən “şəhərlilər”i çalışdırır. Onun rəhbərliyi altında komanda 6 dəfə İngiltərə Premyer Liqasının qalibi olub. “Siti” həmçinin 5 dəfə İngiltərə kuboku, 4 dəfə liqa kuboku, 2 dəfə federasiya kubokunu qazanıb. Klub Qvardiolanın dövründə hərəsi bir dəfə olmaqla UEFA Çempionlar Liqasını, Klublararası dünya çempionatının və UEFA Superkubokunun da qalibi olub.