BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 17-də Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqlarının qaldırılması mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, mərasimdə WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax iştirak ediblər.
Bayraqların qaldırma mərasimi sessiyanın rəsmi başlanğıcını simvolizə edir və tədbirin yüksək beynəlxalq əhəmiyyətini bir daha göstərir.
XXI əsrdə dövlətlərin sabitliyi ərzaq təhlükəsizliyi ilə birbaşa bağlıdır - Sadiq Qurbanov
Quba və Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri həyata keçirilib - FOTO