17 may 2026 19:42
103

UN-Habitat nümayəndəsi: Azərbaycan şəhərsalma sahəsində mühüm rol oynaya bilər

Ümumdünya Şəhərsalma Forumu ölkələrin bir araya gəldiyi və təcrübə mübadiləsi apardığı mühüm platformadır.

“İki sahil” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində AZƏRTAC-a açıqlamasında BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) nümayəndəsi Nayomi Hugervorst bildirib.

O deyib ki, WUF13-də milli hökumətlər, bələdiyyə rəhbərləri, tədqiqatçılar və özəl sektor nümayəndələri bir araya gələrək şəhərlərdə mövcud çağırışların həll yollarını müzakirə edirlər.

Nayomi Hugervorst vurğulayıb ki, Azərbaycan şəhərsalma və urbanizasiya idarəçiliyi sahəsində mühüm rol oynaya bilər.

“Bakı və digər şəhərlərdə təcrübə mübadiləsi aparmaq və infrastrukturun inkişafı vacibdir. Məqsəd isə dayanıqlı şəhərin inkişafını gücləndirməkdir”, - deyə o diqqətə çatdırıb.