19 may 2026 10:45
133

Bu forum şəhərsalma sahəsində qlobal dialoqun genişlənməsi üçün mühüm platformadır - Orna Rosenfeld

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) artıq üçüncü günündə iştirakçıların fəallığı və marağı yüksək səviyyədə davam edir. Tədbirin təşkilatçılığı, panel müzakirələrin zənginliyi, həmçinin şəhərsalma və davamlı inkişaf mövzularında aparılan fikir mübadilələri geniş rezonans doğurur. Müxtəlif ölkələrdən gələn nümayəndələr şəhərlərin gələcək inkişafı, inklüzivlik və yaşayış mühitinin yaxşılaşdırılması ilə bağlı təcrübə və yanaşmalarını bölüşürlər.

Forumun gedişində “İki sahil”ə özəl açıqlama verən mənzil, yaşayış və inklüzivlik üzrə qlobal məsləhətçi Dr. Orna Rosenfeld tədbirlə bağlı təəssüratlarını bölüşüb:”Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak etməkdən məmnunam. Bu forum şəhərsalma sahəsində qlobal dialoqun genişlənməsi və müxtəlif tərəflərin bir araya gəlməsi baxımından olduqca mühüm platformadır. Burada hökumətlər, şəhər nümayəndələri və investorlar arasında fikir mübadiləsi aparmaq üçün geniş imkanlar yaradılıb.”

Forum iştirakçısı diqqətə çatdırıb ki, Bakı şəhəri həqiqətən də çox möhtəşəmdir. Onun sözlərinə görə, Azərbaycan paytaxtı Bakı Şərqlə Qərbin qovuşduğu unikal məkan kimi həm memarlıq, həm də şəhər mühitində öz özəlliyini aydın şəkildə nümayiş etdirir. Bu, sadəcə möhtəşəmdir.
Sonda Dr. Orna Rosenfeld təşkilatçılıq səviyyəsini yüksək qiymətləndirərək forumun beynəlxalq əməkdaşlıq üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Yaqut Ağaşahqızı, “İki sahil”