Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Münaqişə və həssas şəraitdə şəhərsalma məsələlərində həllər vasitəsilə sülhə əsaslanan iqlim fəaliyyəti” mövzusunda tədbir keçirilir
“İki sahil” xəbər verir ki, tədbir Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat), Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi (Baku Hub) və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) birgə təşkilatçılığı ilə təşkil olunub.
Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13-ün milli əlaqələndiricisinin müavini Gülşən Rzayeva, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı Ofisinin rəhbəri Anna Soave, Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov və digər şəxslər iştirak edir.
Sessiyalar zamanı iqlim dəyişiklikləri, post-münaqişə dövründə dayanıqlı yaşayış məntəqələrinin qurulması, təhlükəsiz geri dönüş mexanizmləri, şəhər dayanıqlılığı məsələləri müzakirə olunacaq.