Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə infrastrukturun təkmilləşdirilməsi, şəhərsalma layihələri və digər istiqamətlərdə tərəfdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.
“İki sahil” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən verilən məlumatda bildirilib.
Qeyd olunub ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində ölkəmizdə səfərdə olan AYİB-in Dayanıqlı İnfrastruktur Qrupunun idarəedici direktoru Harri Boyd-Karpenter ilə görüşüb.
Görüşdə bankla əməkdaşlığın gündəliyində olan prioritet istiqamətlər nəzərdən keçirilib.
Gəncə Yaşıl Şəhər Fəaliyyət Planı çərçivəsində həyata keçirilən tədbirlər, şəhərlərin su təchizatının və Naxçıvanda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, şəhərsalma layihələri barədə müzakirələr aparılıb.