20 may 2026 15:03
196

ABŞ-dan Ukraynaya Belarusla bağlı çağırış

ABŞ Ukraynadan Belarusdan kalium gübrələrinin idxalına qoyulan məhdudiyyətləri yumşaltmağı xahiş edib.

“İki sahil” xəbər verir ki, bu barədə Bloomberg mlumat yayıb.

ABŞ rəsmilərinin fikrincə, bu, Vaşinqton və Minsk arasında münasibətlərin yaxşılaşmasına yol aça bilər.

ABŞ rəsmiləri Aİ ölkələrinin Ukraynanın nümunəsini izləyərək Belarus gübrələrinin idxalına qoyulan məhdudiyyətləri yumşaldacağını gözləyirlər. Bloomberg mənbələri qeyd edib ki, bu, Rusiya ilə Belarus arasında "müəyyən məsafə" yarada bilər.