20 may 2026 12:02
99

Karapetyanın qardaşı oğlu xarici vətəndaşlığını gizlədib

Ermənistan İstintaq Komitəsi bəyan edib ki, iş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" alyansının seçki siyahısına rəhbərlik edən qardaşı oğlu Narek Karapetyan vətəndaşlığını gizlədib.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

İstintaq Komitəsinin məlumatına görə, Narek Karapetyan Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətinə ərizə təqdim edərkən başqa ölkənin vətəndaşı olmadığını bildirib.

İK-nin mətbuat açıqlamasına görə, bu, onun rəsmi status almasına mane olub. Rəsmi status almasına və ya saxlamasına mane olan məlumatları gizlətmək maddəsi ilə cinayət işi açılıb (Ermənistan Cinayət Məcəlləsinin 449-cu maddəsinin 1-ci hissəsi).