20 may 2026 16:47
106

Azərbaycanın qastroturizm imkanları beynəlxalq sərgidə təqdim olunub

Böyük Britaniyanın Nyuport şəhərində keçirilən “Ümumdünya Baş Aşpazlar Cəmiyyətləri Assosiasiyasının Konqresi və Beynəlxalq Sərgisi” (Worldchefs Congress & Expo) çərçivəsində Azərbaycanın qastroturizm imkanları təqdim edilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Azərbaycanın qastroturizm potensialı və inkişaf perspektivləri, qeyri-maddi mədəni irs kimi milli qastronomiyanın təbliği və qorunması, bu istiqamətdə restoran sənayesinin rolu haqqında təqdimat edilib. 

1928-ci ildən etibarən hər iki ildən bir keçirilən və  “Worldchefs” tərəfindən təşkil edilən tədbirin məqsədi dünya üzrə aşpazları və müxtəlif sahələrdən olan innovatorları bir araya gətirərək qastronomiya sənayesini araşdırmaq, qastronomiya sənayesi nümayəndələri və mütəxəssislərinin peşəkar əməkdaşlıq münasibətlərinin genişləndirilməsinə imkan yaratmaqdır. 

Dünya üzrə 100-dən çox aşpaz assosiasiyasını birləşdirən “Worldchefs” qlobal şəbəkəsində ölkəmizi Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası (ACSA) təmsil edir.