Havanın çirklənməsinin və torpaqların quraqlıqdan tələf olmasının qarşısını ala bilməsək, gələcəyimizi də qoruya bilməyəcəyik. Bu problemləri heç bir dövlət və beynəlxalq təşilat təkbaşına həll etmək iqtidarında deyil. Qlobal xarakter daşıyan məsələləri faydalı və qarşılıqlı əməkdaşlıqla həll etmək olar.
“İki sahil” xəbər verir ki, bu sözləri Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “D-8 Yüksək Səviyyəli Enerji və Şəhər Dialoqu” görüşündə çıxışı zamanı Türkiyənin Qaziantep şəhərinin bələdiyyə sədri Fatma Şahin deyib.
O bildirib ki, məskunlaşma məsələlərinin həlli zamanı ilk növbədə şəhərlərin su və enerji təchizatını diqqətdə saxlamaq lazımdır: “Alternativ enerjidən istifadə daha səmərəli və ekoloji cəhətdən zərərsizdir. Buna görə də Qaziantepdə biz bütün inzibatı binaların damında günəş panelləri yerləşdirmişik. Həmin binaların enerji təchizatını günəş enerjisi ilə ödəyirik”.
“Bir tərəfdən iqlim dəyişiklikləri və quraqlıq, digər tərəfdən isə münaqişələr iqtisadi inkişafın qarşısını alır. Qazıantep 2,5 milyon əhalisi olan şəhərdir və Suriyadakı müharibə zamanı 500 min qaçqını qəbul etmək məcburiyyətində qaldıq. Çətinliklərə baxmayaraq, onların yerləşdirilməsi və digər problemlərini diqqətdən kənarda saxlamadıq” - deyə F. Şahin əlavə edib.
Bələdiyyə sədrinin sözlərinə görə, zəlzələdən sonra şəhərin yaşıllaşdırılması istiqamətində böyük işlər görülüb: “Hazırda şəhər 127 min velosiped ilə təmin olunub, bütün növ ictimai nəqliyyatda yalnız elektrik mühərrikli avtomobillər istismara buraxılıb”.
O, zəlzələdən sonra yardıma görə Azərbaycana təşəkkür edərək, ölkəmizlə hər zaman təcrübə mübadiləsi aparmağa hazır olduqlarını vurğulayıb.
Pakistan rəsmisi: Azərbaycanın şəhərsalma və infrastruktur sahəsində nəticələri diqqətçəkəndir
Albaniya ilə investisiya, biznes əlaqələri üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib