21 may 2026 16:47
80

Mədinə Sadıqova finala yüksəlib

Almaniyanın Frankfurt şəhərində keçirilən karate üzrə böyüklər arasında Avropa çempionatında Azərbaycan idmançısı Mədinə Sadıqova uğurlu çıxışı ilə finala yüksəlib.

“İki sahil” xəbər verir ki, AKF -in mətbuat xidməti xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan xanım karateçimiz yarımfinal görüşündə İtaliya təmsilçisi Viola Lalloya 8:4 hesabı ilə qalib gələrək həlledici mərhələyə vəsiqə qazanıb.

Beləliklə, Mədinə Sadıqova Avropa çempionatının qızıl medalı uğrunda mübarizə aparacaq.