Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfa rayonunun Ləkətağ kənd mərkəzində seçiciləri ilə növbəti görüşünü keçirib.
Yeni Azərbaycan Partiyasının Culfa rayon təşkilatının sədri Qadir İbrahimovun da iştirak etdiyi görüşdə Ləkətağ kəndindən olan seçicilərlə yanaşı, Boyəhməd kəndindən olan seçicilər də iştirak ediblər.

Deputat görüşdə seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları düşündürən məsələlər ətrafında fikir mübadiləsi aparıb, seçiciləri maraqlandıran sualları cavablandırıb.
Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.
Bakıda ənənə ilə müasirliyin harmoniyası xüsusi təəssürat yaradır - UN-Habitat nümayəndəsi WUF13 barədə danışıb
WUF13 inklüzivlik və əlçatanlıq mesajının daha geniş auditoriyaya çatdırılmasına imkan yaratdı