“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayevlə Xorvatiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Branko Zebiç arasında görüş keçirilib. “İki sahil” xəbər verir ki, görüşdə iki ölkənin enerji qurumları arasında əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparılıb. Xorvatiya şirkətlərinin Azərbaycanın enerji sistemində həyata keçirilən layihələrdə iştirakı məsələləri müzakirə olunub.
Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir
Ləğv prosesində olan 19 bank üzrə əmanətçilərə ödənilən kompensasiyanın məbləği açıqlanıb