22 may 2026 13:38
99

WUF13-ün yekun mətbuat konfransı keçirilir

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) yekun mətbuat konfransı keçirilir.

“İki sahil” xəbər verir ki, konfransda BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün Milli Koordinatoru Anar Quliyev, BMT Baş katibinin müavini xanım Əminə Məhəmməd, Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero iştirak edirlər.