Orxan Məmmədov Avropa çempionatına yollanmağa hazırlaşan Azərbaycan milli komandasının üzvləri ilə görüş keçirib. Görüş zamanı komandanın hazırlıq prosesi və qarşıdakı turnirlə bağlı məsələlər müzakirə olunub.
“İki sahil” xəbər verir ki, milli komandanın baş məşqçisi Elşad Quliyev hazırlıq mərhələsi barədə hesabat təqdim edib. O, komandanın təlim-məşq toplanışını uğurla başa vurduğunu və futbolçuların turnirə yüksək motivasiya ilə hazırlaşdığını bildirib.
Federasiya prezidenti Orxan Məmmədov isə çıxışında milli komandaya inandığını vurğulayıb. O, futbolçulara qarşıdakı Avropa çempionatında uğurlu çıxış arzulayıb və Azərbaycanı layiqincə təmsil edəcəklərinə əmin olduğunu qeyd edib.
Qeyd edik ki, Avropa çempionatı 27 may - 4 iyun tarixlərində Slovakiyanın paytaxtı Bratislava şəhərində təşkil olunacaq