Misli Premyer Liqasında mövsümün sonuncu – 33-cü turunda “Araz-Naxçıvan” “Zirə”ni sınağa çəkib.
“İki sahil” yazır ki, qarşılaşmanın 15-ci dəqiqəsində Patrik Andrade hesabı açıb. 32-ci dəqiqədə isə Felipe Santos naxçıvanlıların üstünlüyünü iki qola yüksəldib.
69-cu dəqiqədə Ruan Renato fərqi minimuma endirsə də 73-cü dəqiqədə Ramon Maçadoyenidən “Araz-Naxçıvan”ın üstünlüyünü artırıb – 3-1. 82-ci dəqiqədə isə Junior Martins yenidən fərqi minimuma endirsə də “Zirə” futbolçularının hesabı bərabərləşdirməyə gücü çatmadı.
Misli Premyer Liqası,
33-cü tur
23 may (şənbə)
19:00. “Araz-Naxçıvan” 3-2 “Zirə”
Qollar: Patrik Andrade, 15 (1-0), Felipe Santos, 32 (2-0), Ruan Renato, 69 (2-1), Ramon Maçado, 73 (3:1), Junior Martins, 82 (3:2)
Baş hakim: Əkbər Əhmədov
"SOCAR Polymer Arena"
Məhərrəm Ağalaroğlu, “İki sahil”