23 may 2026 23:08
77

"Hall City" 2017-ci ildən bəri ilk dəfə Premyer Liqaya yüksəlib

İngiltərə Premyer Liqasının pley-off mərhələsinin finalında "Hall City" futbol klubu "Middlesbro"nu 1:0 hesabı ilə məğlub edib.

“İki sahil” xəbər verir ki, görüş Londondakı "Uembli" stadionunda baş tutub.

İkinci hissəyə əlavə vaxtının beşinci dəqiqəsində Oliver Makberni qolu vurub.

Qeyd edək ki, "Hall City" sonuncu dəfə Premyer Liqada 2016/17 mövsümündə oynayıb və turnir cədvəlində 18-ci yerdə qərarlaşıb.