24 may 2026 17:57
97

MPL: Mövsümün son oyununda qollu bərabərlik

Bu gün Misli Premyer Liqasında 2025-2026 mövsümünə yekun vurulub.

İki sahil” yazır ki, sonuncu – 33-cü turda "İmişli" Qubada "Karvan-Yevlax"la qarşılaşıb.

Yarışın 29-cu dəqiqəsində Peter Kings hesabı açıb. 90+4- dəqiqədə isə Dioqo Kardozu “İmişli”nin bərabərlik qolunu vurub – 1-1.

Qarşılaşma bu hesabla da başa çatıb.

Misli Premyer Liqası,

33-cü tur

24 may (bazar)

16:00. “İmişli” 1-1 “Karvan Yevlax”

Qol: Peter Kings, 29 (0-1), Dioqo Kardozu, 90+4 (1-1)

Baş Hakim: İnqilab Məmmədov

Quba Olimpiya İdman Kompleksinin stadionu

Turun digər nəticələri

“Araz-Naxçıvan” - “Zirə” - 3:2

“Kəpəz” - “Neftçi” - 0:1

“Qəbələ” - “Şamaxı” - 3:1

"Sumqayıt" - "Qarabağ" - 3:4

"Turan Tovuz" - "Sabah" - 1:2

Məhərrəm Ağalaroğlu, “İki sahil”