24 may 2026 18:21
113

"Qarabağ"dan növbəti transfer - Rəsmi

“Qarabağ” növbəti transferini gerçəkləşdirib.

“İki sahil” xəbər verir ki, bu barədə klub məlumat yayıb. Ağdam təmsilçisi 26 yaşlı qambiyalı hücumçu Zakaria Savonu heyətinə qatıb. Futbolçu ilə 3 illik müqavilə imzalanıb. 

Xatırladaq ki, bundan öncə "Qarabağ" mayın 18-də fransalı vinger Jali Muaddibi transfer etdiyini açıqlayıb.