24 may 2026 22:07
55

Cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının III turu başa çatıb C

Mayın 24-də cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının III turu başa çatıb.

“İki sahil” xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirin son günündə 202 cüdoçu 9 çəkidə qüvvəsini sınayıb. Qızlar arasında-40 kq, -48 kq, -57 kq, -70 kq; oğlanlarda isə -42 kq, -50 kq, -60 kq, -73 kq və +73 kq çəki dərəcələrində qalib və mükafatçılar bəlli olub. Yarışda ümumilikdə 471 idmançı iştirak edib. Xatırladaq ki, bu, cari ildə U-14 Liqa yarışının son turu olub. Analoji turnirlər idmançıların reytinq cədvəlinin formalaşmasında önəmli rol oynayıb.

Mükafatçıları təqdim edirik:

Qızlar

-40 kq

1. Nərgiz Fərzəliyeva (RKİM)

2. Mehparə Həsrətzadə (Günəşli İK)

3. Zəhra Yusifova (Qubadlı)

3. Zümrüd Quliyeva (Neftçi Sumqayıt)

-48 kq

1. Mələk Vəliyeva (Qədiroğlu İK)

2. Türkan Əlizadə (Judo Club 2012)

3. Humay Eyvazova (Şuşa UGİM)

3. Zəhra Şadmanlı (Boz OĞuz İK)

-57 kq

1. Gülay Nəsirova (Mingəçevir UGİM)

2. Selcan Feyziyeva (Mərdəkan Cüdo Klub)

3. Yasəmən Əliyeva (Naxçıvan UGİM)

3. Jasmin Mirzəbalayeva (Sumqayıt şəhəri İOEUGİM)

-70 kq

1. Elvina İlyasova (Neftçi İK)

2. Duyğu İsmayılova (İstək İK)

3. Mədinə Ruhullayeva (Hövsan İK)

Oğlanlar

-42 kq

1. Rahib İbadov (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)

2. Hüseyn Səmədov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

3. Rasim Abdullayev (Saray İK)

3. Davud Sultanov (Sərhədçi İM)

-50 kq

1. Sənan Mirzəzadə (Arifoğlu İK)

2. Ülvi Məmmədli (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)

3. Rəvan Gəncəliyev (AHİTA)

3. Əli Qurbanlı (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

-60 kq

1. Miran Həbiyev (Şuşa UGİM)

2. Muhammədəli Mustafa (Metallurq Gəncə)

3. Süleyman Məmmədov (Gəncə şəhəri 1 nömrəli UGİŞM)

3. Atilla Haqverdiyev (Metallurq Gəncə)

-73 kq

1. Kərim Məmmədov (Ordu İdman Klubu)

2. Fərid Xəlilli (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)

3. Qüdrət Əliyev (Abşeron İK)

3. Miryasin Seyidli (Judo Club 2020 İK)

+73 kq

1. Rəsul Qasımov (Kürdəxanı Cüdo Klub)

2. Yelmar Quliyev (Zabrat İK)

3. Salman Musayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)

3. Yusif Məmmədli (Saray İK)