25 may 2026 22:50
83

PSJ azarkeşlərinə çempionluq paradına icazə verilməyəcək

PSJ Çempionlar Liqasının finalında qalib gələcəyi təqdirdə, klub azarkeşlərinin Parisdə çempionluq paradı keçirməsinə icazə verilməyəcək.

“İki sahil” xəbər verir ki, Parisin 8-ci dairə meriyasının yaydığı məlumata görə, Fransa rəhbərliyi paytaxtda baş verə biləcək iğtişaşların qarşısını almaq məqsədilə Yelisey çöllərində çempionluq yürüşünün keçirilməsinə qadağa qoyacaq.

Qeyd edək ki, Çempionlar Liqasının final matçı mayın 30-da Budapeştdə baş tutacaq və həlledici görüşdə PSJ-nin rəqibi Londonun "Arsenal" klubu olacaq. Bu, Paris təmsilçisi üçün ardıcıl ikinci Çempionlar Liqası finalıdır. 

Xatırladaq ki, PSJ 2025-ci il mayın 31-də Münhendəki "Alyans Arena"da keçirilən finalda "İnter"i 5:0 hesabı ilə darmadağın edərək qitənin ən nüfuzlu kubokuna sahib çıxıb.