27 may 2026 21:42
91

ABŞ İranın dəniz blokadası çərçivəsində 109 gəminin istiqamətini dəyişib

ABŞ hərbçiləri aprel ayının ortalarında İranın dəniz blokadasının tətbiqindən bəri ümumilikdə 109 gəminin istiqamətini dəyişib.

“İki sahil” xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu barədə "X" sosial şəbəkəsində məlumat verib.

"27 may tarixinə olan məlumata görə, 109 kommersiya gəmisi başqa istiqamətə yönləndirilib", - paylaşımda bildirilir.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayaraq bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. ABŞ Prezidenti Donald Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.