28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə Belarus Milli Kitabxanasının binasında xüsusi video proyeksiya nümayiş olunub.
“İki sahil” xəbər verir ki, Minsk şəhərinin simvollarından biri hesab olunan kitabxananın üzərində Azərbaycan bayrağı və müstəqillik rəmzləri əks etdirilib. Layihə Belarusdakı Azərbaycan Ticarət Evinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilib. Video proyeksiya şəhər sakinləri və paytaxt qonaqları tərəfindən böyük maraqla qarşılanıb.
Təşəbbüs Azərbaycan-Belarus dostluq münasibətlərinin, eləcə də ölkəmizin tarixi və milli dəyərlərinin beynəlxalq müstəvidə tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Mayın 29-30-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
İlham Əliyevin sosial media hesablarında Böyük Qaladərəsi kəndindəki sakinlərlə görüşü barədə paylaşım edilib