28 may 2026 19:45
76

"Qızıl top" tarixində ilk

UEFA 2026-cı il "Qızıl top" mükafatlandırma mərasiminin keçiriləcəyi yeri və tarixi açıqlanıb.

“İki sahil” xəbər verir ki, "France Football" jurnalı və UEFA-nın birgə təşkil etdiyi nüfuzlu tədbir oktyabrın 26-da, bazar ertəsi günü baş tutacaq. Mərasim 70 il əvvəl, 1956-cı ildə tarixdə ilk "Qızıl top"u qazanan ingiltərəli əfsanəvi futbolçu Stenli Metyuzaya hörmət əlaməti olaraq Londonda təşkil ediləcək.

Məlumata görə, cari ildə baş mükafata əsas namizədlər arasında Harri Keyn, Lamin Yamal və Deklan Rays kimi futbolçuların adları çəkilir.

Qeyd edək ki, 2025-ci ildə "Qızıl top" mükafatını PSJ-nin və Fransa millisinin hücumçusu Usman Dembele qazanıb.