28 may 2026 21:21
100

“Qəbələ” Premyer Liqada qaldı

Bu gün 2026/27 mövsümü Misli Premyer Liqasına vəsiqə qazanan son komanda müəyyənləşib.

“İki sahil” xəbər verir ki, pley-off oyununda "Qəbələ" "Mingəçevir"lə üz-üzə gəlib. Matç Qəbələ təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Qəbələ" Misli Premyer Liqasının başa çatan mövsümünü 11-ci, "Mingəçevir" isə 1-ci liqanı 2-ci pillədə tamamlayıb.

Sumqayıtdakı "SOCAR Polymer Arena" təşkil olunan matçda VAR sistemi də tətbiq edilib.

18:30. "Qəbələ" 2-0 "Mingəçevir"

Qollar: Əkbər Eyubov, 36-avtoqol, Seydina Keyta, 45+5-pen.

Baş hakim: Tural Qurbanov

Sumqayıt "SOCAR Polymer Arena"