28 may 2026 21:57
97

Moldovada yaşayan soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb

Bu il Moldova Azərbaycanlıları Konqresi (MAK) Qurban bayramı münasibətilə ənənəvi xeyriyyə tədbiri keçirib.

“İki sahil” xəbər verir ki, müqəddəs Qurban bayramında MAK ölkə daxilində icmadakı ailələrə qurban əti paylamaq üçün illik tədbir təşkil etməklə həmvətənlərinə dəstək olmaq kimi uzunmüddətli ənənəsini davam etdirib.

İki gün ərzində MAK-ın fəalları, üzvləri və nümayəndələri Moldovanın müxtəlif bölgələrinə qurban əti çatdırıblar. Ümumilikdə təxminən 100 bağlama hazırlanaraq paylanılıb.

Azərbaycanlı ailələri ilə görüşlərdə bildirilib ki, bütün Azərbaycan xalqı müqəddəs Qurban bayramını ruh yüksəkliyi ilə qeyd edir. Allahın adına qurbanlar kəsir, dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar oxunur. Moldova Azərbaycanlıları Konqresinin bayram aksiyası da dövlətimizin vətəndaşlarına olan qayğısının bariz nümunəsidir.