"Barselona" yay transfer pəncərəsində mərkəz hücumçusu mövqeyini gücləndirmək üçün hərəkətə keçib.
“İki sahil” xəbər verir ki, jurnalist Ben Ceykobsun məlumatına görə, Kataloniya klubu "Atletiko"nun forvardı Xulian Alvares üçün rəsmi təklif göndərməyə hazırlaşır.
Klub argentinalı ulduz üçün ilk təklif olaraq təxminən 100 milyon avro ödəmək niyyətindədir. Lakin Madrid təmsilçisi 26 yaşlı futbolçunun keçidi üçün ən azı 120 milyon avro tələb edir. Məlumata görə, Alvares özü də "Atletiko"dan ayrılaraq "Barselona"ya keçməyə isti yanaşır.