29 may 2026 10:26
143

Azərbaycan millisi Belarusda təşkil olunan təlim-məşq toplanışını başa vuraraq Vətənə qayıdıb

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Belarusda təşkil olunan təlim-məşq toplanışını başa vuraraq Vətənə qayıdıb.

“İki sahil” xəbər verir ki, Avropa Liqasına hazırlıqlarını davam etdirən yığmamız 22-27 may tarixlərində Belarusda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində yerli “Minsk” klubu ilə iki yoxlama oyunu keçirib. Komandamız hər iki qarşılaşmada məğlub olub (0:4, 1:3).

Qeyd edək ki, millimiz Avropa Liqasının ilk turunun oyunlarını 6-7 iyun tarixlərində İsveçdə keçirəcək. Komandamızın rəqibləri ev sahibi İsveç və Yunanıstan yığmaları olacaq.