Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatında bu gün ikinci oyununu keçirib.
“İki sahil” xəbər verir ki, F qrupunda yer alan yığma İtaliya ilə qarşılaşıb.
Görüş komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ardıcıl ikinci matçda da qalib gələn Azərbaycan millisi pley-offa yüksəlib. Yığma mayın 30-da qrupun son oyununda Fransa ilə üz-üzə gələcək.