2026-cı ilin dekabrında keçiriləcək növbəti Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanın Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmasının mümkün nəticələri ilə bağlı hesabat təqdim olunacaq.
“İki sahil”in Kremlin saytına istinadən verdiyi məlumata görə, bu barədə Astanada keçirilən iclasın yekunlarına dair AİB-ə üzv dövlət başçılarının birgə bəyanatında deyilir.
“Belarus Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası və Rusiya Federasiyasından olan Avrasiya Hökumətlərarası Şurasının üzvləri 2026-cı ilin dekabrında keçiriləcək növbəti Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistan Respublikasına münasibətdə Avrasiya İqtisadi Birliyi haqqında Müqavilənin qüvvəsinin dayandırılmasının mümkün nəticələri barədə məruzə təqdim edəcəklər”, - bəyanatda bildirilir.