30 may 2026 15:15
69

İran ordusu ABŞ PUA-sını vurduğunu iddia edir

İran ordusu Qeşm adası üzərində ABŞ-ın Orbiter pilotsuz təyyarəsini məhv etdiyini bildirir.

“İki sahil” xəbər verir ki, ordunun İctimaiyyətlə Əlaqələr İdarəsi verdiyi açıqlamasında Orbiter pilotsuz təyyarəsinin Ordunun Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən aşkarlanaraq məhv ediliyi qeyd olunub .

Açıqlamada deyilir ki, pilotsuz təyyarə ölkənin Birgə Hava Hücumundan Müdafiə Qərargahının inteqrasiya olunmuş şəbəkəsi daxilində fəaliyyət göstərən ordunun hava hücumundan müdafiə sistemi tərəfindən uğurla izlənildikdən və sonra Qeşm adası ərazində vurulub