Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Liqası üçün yekun heyəti bəlli olub.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
Heyətə ümumilikdə 14 voleybolçu daxil edilib.
Hücumçular: Vüqar Bayramov, Andrey Melnikov, Cavid Əzimov, Zamiq Mayılov, Ruslan Əliyev, Həsən Tağızadə
Orta oyunçular: Mərdan Məmmədov, Yeqor Nikulenko, Əlihüseyn Məmmədov, Ramazan Ağabəyov
Toppaylayıcılar: Roman Qurskiy, Əmirmehdi Ablou
Liberolar: Asif Əliyev, Nihad Qasımov
Baş məşqçi: Boris Qrebennikov. Köməkçi məşqçilər: Akif Vəliyev, Eldar Əliyev.