İran Prezident Aparatının Kommunikasiya şöbəsinin müdir müavini Mehdi Təbatəbai İran Prezidenti Məsud Pezeşkianın istefa vermədiyini bildirib.
“İki sahil” xəbər verir ki, o, bu barədə “X”də yazıb.
Pezeşkianın xalqa xidmət etməkdən geri çəkilməyəcəyini bildirən Təbatəbai, iddiaları bəzi xarici media qurumlarının oynadığı oyunların davamı kimi xarakterizə edib.
Təbatəbai qeyd edib ki, İran xalqı birlik və həmrəylikdən geri çəkilməyəcək və iranlıların milli birliyini məhv etmək istəyi yenidən "məzara basdırılacaq".
Məhərrəm Ağalaroğlu, “İki sahil”