01 iyun 2026 12:36
60

ABŞ və İran hazırda nüvə məsələsini müzakirə etmir - İranlı deputat

İran parlamentinin deputatı Ismail Kousari bildirib ki, hazırda İran və ABŞ arasında nüvə proqramı ilə bağlı danışıqlar aparılmır.

“İki sahil” xəbər verir ki,  o, RT-yə müsahibəsində qeyd edib ki, Tehran danışıqlara qarşı deyil və onları aparmağa hazırdır.

“Biz danışıqların əleyhinə deyilik. Əksinə, onları aparmağa hazırıq”, – deyə Kousari vurğulayıb.

Deputatın sözlərinə görə, İran danışıqlara açıq olsa da, mövcud şəraitdə belə görüşlərin arzu olunan nəticəni verəcəyinə inanmır. O bildirib ki, ABŞ və İsrail digər ölkələrdən güzəştlər əldə etməyi əsas məqsəd kimi görürlər.

Kousari əlavə edib ki, hər hansı müzakirə yalnız tərəflərin üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetiriləcəyinə dair etibarlı təminatlar olduqda mümkün ola bilər.