01 iyun 2026 11:41
68

Rumıniya Prezidenti Rusiyanı PUA zərbələrinin taktikasını dəyişməyə çağırıb

Rumıniya Prezidenti Nicușor Dan bəyan edib ki, Rusiya Ukraynaya pilotsuz uçuş aparatları (PUA) ilə hücumların taktikasını dəyişməlidir ki, digər ölkələrin ərazisinə və vətəndaşlarına zərər dəyməsin. Prezidentin sözlərinə görə, son iki il ərzində Romania ərazisində dronlarla bağlı 20-30 insident qeydə alınıb.

“İki sahil” xəbər verir ki, o, BBC-yə müsahibəsində bildirib ki, ilk vaxtlar Rumıniya ərazisinə düşən dronlarda partlayıcı maddə olmurdu. Lakin sonradan aşkarlanan pilotsuz aparatlardan birində partlayıcı maddə tapılıb və xoşbəxtlikdən o, işə düşməyib. Prezident bu vəziyyətin mülki əhali üçün ciddi təhlükə yaratdığını vurğulayıb.

“Ruslar Dunayın o biri sahilində yerləşən şəhərlərə zərbələr endirərkən əmin olmalıdırlar ki, bu hücumlar Rumıniya vətəndaşlarına zərər vurmayacaq”, – deyə o, bildirib.

Xatırladaq ki, mayın 29-na keçən gecə bir pilotsuz uçuş aparatı Galați şəhərində çoxmənzilli yaşayış binasına düşüb. Hadisə nəticəsində dörd nəfər xəsarət alıb, 70 sakin isə təxliyə olunub.

Rumıniya hakimiyyəti həmin PUA-nın Rusiyaya məxsus olduğunu açıqlayıb.