“Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi layihəsinin texniki-iqtisadi əsaslandırmasının bu ilin iyul ayında tamamlanması gözlənilir.
“İki sahil” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “Baku Energy Week”dəki çıxışı zamanı deyib.
Pərviz Şahbazov bildirib ki, “Mərkəzi Asiya-Azərbaycan Enerji Dəhlizi”nin texniki-iqtisadi əsaslandırmasının isə 2027-ci ilin mayında yekunlaşdırılması planlaşdırılır.
“Azərbaycan və Türkiyənin strateji birliyi və liderliyi ilə “Azərbaycan-Türkiyə Enerji Qovşağı” və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihələri də aktiv icra mərhələsinə daxil olub. Xüsusilə, dövlət başçısının regiona sülh gətirən və onu bağlantılar vasitəsilə möhkəmləndirən siyasətinin nəticəsi olan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu Mərkəzi Asiya-Azərbaycan-Türkiyə-Avropa enerji arxitekturasının formalaşması üçün strateji zəmin yaradır” - deyə nazir əlavə edib.
BTQ dəmir yolu xəttinin modernləşdirilmədən sonra istifadəyə verilməsi tədbiri keçiriləcək
Azərbaycan və Tatarıstan Sənaye Parkı layihəsinin reallaşdırılmasını müzakirə ediblər
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər