Milli Məclisin deputatı Anar Məmmədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və Vətən müharibəsi qaziləri ilə birlikdə Vətən müharibəsinin III dərəcəli əlili Cəfərli Elvin Hafiz oğlunun toy şənliyində iştirak ediblər.
“İki sahil” xəbər verir ki, toy şənliyində çıxış edənlər yeni ailə quran gəncləri təbrik edib, onlara gələcək həyatlarında uğurlar, xoşbəxtlik və firavanlıq arzulayıb, qazimizin valideynlərinə gözaydınlığı veriblər.
Məlumat üçün qeyd edək ki, "N" saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Elvin Cəfərli Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşan istiqamətlərində gedən ağır döyüşlərdə mərdliklə iştirak edib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları, həmçinin Azərbaycan Respublikasının Baş nazirinin Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.
Vətən müharibəsi əlili Elvin Cəfərli onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.
Əli Hüseynli: Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növlərinə yeni biri əlavə olunur
Məcburi köçkün və qaçqınlarımız ötən 30 il müddətində dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub - Fuad Hüseynov
Vergi borclarının endirimlə ödənilməsi adı altında yayılan saxta internet resursu ilə bağlı xəbərdarlıq