Avropa İttifaqı (Aİ) və Azərbaycan Tərəfdaşlıq Prioritetlərinin mətnini razılaşdırıb.
“İki sahil” xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.
"Tərəfdaşlığın 30 illiyi ilə əlaqədar Bakıda Aİ və Azərbaycan arasında məhsuldar danışıqlar keçirilib. Tərəflər "Tərəfdaşlıq Prioritetləri"nin mətnini ilkin olaraq razılaşdırıb və yeni ikitərəfli saziş üzrə danışıqları rəsmi olaraq bərpa ediblər. Diqqət mərkəzimizdə - dialoqun gücləndirilməsi, əlaqələrin və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi dayanır", - məlumatda bildirilib.
Sumqayıt Sənaye Parkında “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə dair vörkşop keçirilib FOTO
İyunun 4-6-da dağlıq və dağətəyi rayonlarda hava şəraiti arabir yağıntılı olacaq – XƏBƏRDARLIQ