03 iyun 2026 20:44
84

Rubio İsrail ilə Livan arasında danışıqların birgə bəyanatla nəticələnəcəyinə ümid etdiyini bildirib

ABŞ Dövlət katibi Marko Rubio İsrail və Livan arasında sonuncu yüksək səviyyəli siyasi danışıqların hərbi əməliyyatlara son qoymaqla bağlı birgə bəyanatla nəticələnəcəyinə ümid etdiyini bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə o, Senatda dinləmələr zamanı deyib.

O, Dövlət Departamentində aparılan danışıqların məqsədinin "Hizbullah”dan asılı olmayaraq, həmin ölkədə təhlükəsizlik yolunda birgə bəyanat və fəaliyyət planı hazırlamaq olduğunu bildirib.

Çərşənbə günü başlayan danışıqlar iki ölkə arasında dördüncü müzakirədir və cümə günü Pentaqonda keçirilən təhlükəsizlik məsələlərinə həsr olunmuş görüşdən sonra baş tutub.