ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Skott Bessent ABŞ Konqresi Senatının Maliyyə Komitəsində keçirilən dinləmələrdə bildirib.
"Yaratdığımız Ticarət Şurası bir-birimizlə rüsumsuz ticarət edə biləcəyimiz, mühüm əhəmiyyət kəsb etməyən sahələri və malları nəzərdən keçirəcək", - o deyib.
Bessent qeyd edib ki, bu rüsumsuz ticarət hər iki tərəf üçün 30 milyard dollar dəyərində malları əhatə edə bilər.
"Bu, mühüm sahələrə aid olmayan 30 milyard dollarlıq məhsullardır - fişənglər, Hellouin kostyumları, əlçatan gündəlik tələbat malları, yəni özümüz istehsal etmək yox, onlardan almaq istədiyimiz mallardır. Onlar isə bizdən dəniz məhsulları və enerji resursları almaq istəyirlər", - nazir əlavə edib.