03 iyun 2026 23:39
86

Tovuzda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

Tovuzda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Dönük Qırıqlı kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ 2106” markalı avtomobil ilə “Mitsubishi Pajero” markalı minik maşınları toqquşub. Qəza zamanı 1 nəfər hadisə yerində həyatını itirib, xəsarət alan var.

Faktla bağlı araşdırma aparılır.

AZƏRTAC