04 iyun 2026 08:47
100

"Hizbullah" İsrail və Livanın razılaşması fonunda təslim olmayacağını açıqlayıb

"Hizbullah" qruplaşması İsrail və Livanın atəşkəs rejiminin şərtlərinin yerinə yetirilməsinə dair razılığa gəlməsinə münasibət bildirib.

“İki sahil” "Fars" agentliyinə istinadla xəbər verir ki, "Hizbullah"ın Siyasi Şurasının sədr müavini Mahmud Qəmati heç bir qüvvənin Livan müqavimətini tərk-silah olmağa məcbur edə bilməyəcəyini deyib.

"ABŞ və İsrailin bütün səyləri uğursuzluqla nəticələnəcək. Qarşıdurma davam edir və müqavimət hələ də ayaqdadır", - M. Qəmati qeyd edib.

"ABŞ və İsrailin müqavimətin silahları ilə bağlı heç bir hüququ yoxdur, çünki bu, Livanın daxili məsələsidir", - "Fars" onun sözlərindən sitat gətirib.