04 iyun 2026 12:43
110

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib

Azərbaycanın ən yaşlı sakini vəfat edib.

“İki sahil” APA-ya istinadla xəbər verir ki, 1890-cı il təvəllüdlü Lənkəran sakini Tamam Əli qızı Əzizova bu gün müalicə aldığı Lənkəran Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

136 yaşlı Tamam Əzizova xəstəxananın Reanimasiya şöbəsində müalicə olunurmuş.