04 iyun 2026 21:21
196

YAP Bərdə rayon təşkilatı partiya veteranları ilə görüş keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı Partiyanın Mərkəzi Aparatının tövsiyəsinə uyğun olaraq yubileyi tamam olan YAP veteranları ilə görüş keçirib.

“İki sahil” xəbər verir ki, görüşdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya partiya veteranlarını anadan olmalarının  70 və 75 illikləri münasibətilə təbrik edib. Sədr çıxış edərək bildirib ki, onlar təskilatımızdan YAP-a üzv olmaqları ilə Ulu öndər Heydər Əliyev ideyalarına, sədaqət və  ehtiramlarını bildirib, Partiyamizın Proqram və Nizamnaməsinə  uyğun   xidmətləri ilə ona  möhkəm bağlı olduqlarını əməli işlərində təsdiq ediblər.  Məhz buna görə də Yeni Azərbaycan Partiyası  ona sadiq yubilyarları unutmur  və onlara qayğını daim  diqqət mərkəzində saxlayır.

Görüşdə  70 yaşı yaşı tamam olan,  uzun müddət şəhər poliklinikasının baş həkimi işləmiş Mehdi Mehdizadə, 75 yaşı tamam olan, işlədiyi dövrdə Ulu öndər Heydər Əliyev ideyalarına sədaqətlə xidmət etmiş, uzun müddət müəllim və şəhər 2 saylı tam orta məktəbin direktoru olaraq fəaliyyət göstərmiş Pakizə Muxdarova,  75 yaşı tamam olmuş, 1993- cü ildən YAP- ın üzvü olan Əmrahov Eldar  hakim partiya olaraq xalqımıza yalnız Qələbə sevincləri yaşatmış Yeni Azərbaycan Partiyasının  üzvü olmaqdan qürur duyduqlarını bildiriblər və Partiya sıralarında olduqları ötən müddət ərzində bəzi xatirələrini bölüşüblər. Onlar  bugün də Müzəffər Liderimiz cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan qələbələri önə çəkərək Zəfər tariximizlə  fəxr etdiklərini bildiriblər.

Görüşdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının yubilyar  üzvlərini Fəxri Fərmanla  təltif edib və hədiyyələrlə mükafatlandırıb.

Sonda veteranlarla xatirə şəkilləri çəkdirilib.