05 iyun 2026 22:10
102

Almaniya, Fransa və Böyük Britaniya liderləri bazar günü Londonda Ukrayna Prezidenti ilə görüşəcəklər

Almaniya Kansleri Fridrix Merts, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer iyunun 7-də Londonda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəklər.

“İki sahil” “Deutschlandfunk” radiosuna istinadla xəbər verir ki, görüşdə Ukraynaya dəstəyin davam etdirilməsi, həmçinin Rusiyaya təzyiqin artırılması məsələləri müzakirə olunacaq. Bununla yanaşı, “İstəklilər koalisiyası”nın fəaliyyəti üzrə görülən işlərin vəziyyəti də nəzərdən keçiriləcək.

Məlumata əsasən, Kansler Fridrix Merts Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putin ilə birbaşa danışıqların aparılması barədə irəli sürdüyü təklifi alqışlayıb. O, həmçinin sülh danışıqları formatında avropalı tərəflərin də yer almasının zəruriliyini qeyd edib.

Xatırladaq ki, Volodimir Zelenski ötən gün yayımladığı açıq məktubda Rusiya Prezidenti ilə şəxsi görüş keçirməyi təklif edib.