05 iyun 2026 22:16
91

Çexiyada yük maşını sərnişin qatarı ilə toqquşub

Çexiyanın şimalında yük maşını sərnişin qatarı ilə toqquşub.

“İki sahil” xəbər verir ki, bu barədə CTK informasiya agentliyi məlumat yayıb.

Məlumata görə, insident Prosteyev və Kostelets-na-Qane şəhərləri arasından keçən dəmiryolu xəttinin nizamlanmayan keçidində baş verib. Toqquşmadan qatarın birinci vaqonu relslərdən çıxıb.

İnsident nəticəsində səkkiz nəfərin yaralandığı bildirilir.

Qəza vaxtı qatarda 20-dən çox insan olub. Hadisənin səbəbləri araşdırılır.