Rustavi–Tbilisi magistral yolunda məktəb şagirdlərini ekskursiyaya aparan mikroavtobusun iştirakı ilə ağır yol nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xarici mediaya istinadən xəbər verir ki, ilkin məlumata görə, yüksək sürətlə hərəkət edən “Mercedes” markalı avtomobil qarşıda gedən marşrut mikroavtobusuna çırpılıb. Zərbənin təsirindən marşrut mikroavtobusu məktəbliləri daşıyan digər mikroavtobusla toqquşub.
Ətraflı
Mikroavtobusda Qardabani bələdiyyəsinin Kesalo kənd məktəbinin 17 şagirdi olub. Bir neçə uşaq xəsarətlər alıb. Onlar müayinə və tibbi yardım göstərilməsi üçün tibb müəssisələrinə çatdırılıblar.
Qəza nəticəsində mikroavtobuslardan birinin sürücüsü həlak olub. Hadisənin digər təfərrüatları araşdırılır.
Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib
Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb