06 iyun 2026 14:07
84

Konqoda Ebola virusuna yoluxanların sayı KƏSKİN ARTDI

Konqo Demokratik Respublikasında (KDR) təsdiqlənmiş Ebola virusuna yoluxma hallarının sayı 450-ni keçib.

“İki sahil” xəbər verir ki, bu barədə EFE sözügedən Afrika ölkəsinin Milli İctimai Səhiyyə İnstitutuna istinadən məlumat yayıb.

Məlumata görə, indiyə qədər 452 yoluxma halı təsdiqlənib və 82 xəstə ölüb.

Yerli hakimiyyət ölkədə infeksiyanın sürətlə və davamlı şəkildə yayılması barədə xəbərdarlıq da edib.

Qeyd olunur ki, epidemiyanın episentri ölkənin şərqindəki İturi əyaləti olub. Daha sonra ölkənin başqa əyalətlərində və qonşu dövlət - Uqandada yoluxma halları baş verib. İndiyə qədər Uqandada iki ölüm də daxil olmaqla 19 yoluxma halı qeydə alınıb.